"Kimlərsə elə bilirlər ki, müəyyən ölçülərdən kiçik ölçüdə olan balıqları sata bilərlər".
Unikal.org xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.
O bildirib ki, müvafiq ölçülərdən kiçik olan balıqları satanlar cəzalandırılır.
E.Süleymanov bununla bağlı Cinayət Məcəlləsinin 194-cü maddəsində müvafiq maddənin olduğunu bildirib: "Bununla bağlı monitorinqlər aparılır, bazarlarda, yol qıraqlarında kiçik ölçülü balıq satanlar cəzalandırılır".