Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin növbəti buraxılışı keçirilib.

Unikal.org xəbər verir ki, bu dəfə də iştirakçılar teleaparıcı Lalə Mustafayevanı SMS səsverməsinə çıxarıblar.

Lalə bunu gözləmədiyini desə də, mübarizə apararaq oyunda qalacağını bildirib. Amma o səs toplasa da, heç kəsi çıxarmaq istəmədiyini bildirib. 

Teleaparıcı sadəcə prinsip xatirinə, ona qurulmuş tələni dağıtmaq üçün oyunda qalmaq istədiyini bildirib və tamaşaçılardan səs istəyib.

Nəticədə  L. Mustafayeva  51,24 faiz səs toplayaraq  heç kimi oyundan çıxarmayıb.

Yarışmada mübarizəni müğənni Ramal İsrafilov, aparıcılar  Lalə Mustafayeva, Kəmalə Piriyeva,və Suna Qasımoğlu davam etdirir.