ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi aşıq Samirə Əliyeva olub.

Unikal.org xəbər verir ki, o, bu dəfə də keçmiş həyat yoldaşını hələ də sevdiyini bildirib:

“Sevgisiz yaşamaq çətindir. Əlbəttə ki, sevirəm. Həyatımda biri yoxdur, amma ürəyimdə sevgi var. Nə yaxşı ki, sevirəm. Kim olduğunu demək istəmirəm. İnsan həyatda hər tərəfli bütöv ola bilmir. Tez-tez ağlayıram. Təklik pis şeydir. Bəzən bezirəm, başımı divara vurub ağlayıram. Amma bunu biruzə vermirəm. Çünki istəmirəm ki, uşaqlarım məni aciz görsün. Yenidən ailə həyatı qurmağı düşünmürəm. Yaşadıqlarımın xatirəsi bir ömür bəsimdir. Ailə quranda taxdığım üzüyü də indiyədək barmağımdan çıxarmamışam”.