Azərbaycanlı Ukraynada Baş prokurorun müavini vəzifəsinə təyin olunub.
Unikal.org xəbər verir ki, Baş Prokuror Ruslan Ryaboşapka imzaladığı sərəncamla Krım Muxtar Respublikasının prokuroru işləyən Gündüz Məmmədov Baş prokurorun müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Gündüz Məmmədov 1974-cü ildə Gəncədə anadan olub. 1996-cı ildə Odessada İ.İ Meçnikov adına Dövlət Universitetini bitirib.
Daha sonra müxtəlif vəzifələrdə çalışan G.Məmmədov 2016-cı ilin avqustundan Krım Muxtar Respublikasının prokuroru vəzifəsində işləyirdi.