Maşın” realiti-şousunun “Maskarad” adlı sürətinin final gecəsi keçirilib.
 
Unikal.org xəbər verir ki, 18 gündür davam edən mübarizəyə artıq yekun vurulub. Bu gün səhərə yaxın finala qalan iki iştirakçıdan biri mübarizəni dayandırırb. Bununla da dəyəri 50 min manat olan “Opel İNSİGNİA” avtomobilinin sahibi, 18-ci sürətin qalibi bəlli olub. 

Xatırladaq ki, şouda meyxanaçı Aqşin Fateh, müğənni Ayan Babakişiyeva, Kərim Abbasov, aparıcı Kəmalə Piriyeva, Xalq artisti Bilal Əliyev, aşıq Namiq Fərhadoğlu, müğənni Türkan Vəlizadə, aparıcı Suna Kasımoğlu, Nazim Pişiyari, repçi Qurd, müğınni Niyam Salami, Ramal İsrafilov, Aysun İsmayılova, Əməkdar artist Fatma Mahmudova, aparıcı Zümrüd Qasımova, müğənni Fuad Musayev, aparıcı Lalə Mustafayeva və aktyor Məcid Hüseynov avtomobili qazanmaq üçün gərgin mübarizə aparıblar.  

Həyacanlı anları geridə qoyub finala vəsiqə qazananlar isə aparıcılar Lalə Mustafayeva ilə Suna Kasımoğlu və müğənni Ramal İsrafilov olub.  Lakin bir gecə dözüm gətirən Ramal İsrafilov əlini maşından çəkərək şounu tərk edib. 
 
Qalibin kimliyini isə “Maşın”ın finalının sonunda Murad Dadaşov açıqlayıb.  

Musiqi dolu gecənin sonunda intizara son qoyulub. Növbəti maşının qalibi Türkiyə vətəndaşı Suna Kasımoğlu olub. Son final gecəsinə aparan gecədə, səhərə yaxın aparıcı Lalə Mustafayevanın səhhəti pisləşdiyindən əlini götürməyə məcbur olub.