Fətullahçı Terror Təşkilatının (FETÖ) Meksika üzrə imamı Osman Qaraca Türkiyəyə ekstradisiya olunub.
Unikal.org xəbər verir ki, onun saxlanılması ilə əlaqədar Türkiyə Milli Təhlükəsizlik Xidməti (MİT) tərəfindən əməliyyat həyata keçirilib. FETÖ imamı Türkiyəyə gətirilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, FETÖ-də yüksək vəzifə tutan Osman Qaraca "silahlı terror təşkilatı qurma və idarəetmə" ittihamı ilə axtarışa verilmişdi.