G7 sammitinin növbəti ev sahibi olaraq keçiriləcəyi yerin seçilməsi ABŞ Prezidenti Donald Trampın hüququdur.
Unikal.org xəbər verir ki, bunu Almaniyanın kansleri Angel Merkel sammitin yeri barədə sualı cavablandırarkən deyib.
Qeyd edək ki, ötən gün Ağ Ev sammitin gələn il iyunun 10-12-də keçiriləcəyini bildirib.
Sammit Mayami şəhərində D.Trampa məxsus “Trump National Doral Resort” hotelində keçiriləcək.