Prezident Rəcəb Tayyib Ərdoğan 3-cü Afrika Müsəlman Dini Liderlər Zirvəsinə qatılıb.
Unikal.org xəbər verir ki, Zirvədə Afrikaya dost bir lider olduğunu söyləyən Ərdoğan, Avropa dövlətlərinin Afrika ölkələrinə qarşı etdiyi zülmlərə toxunub.
Ərdoğanın sözləri Afrikalı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Ərdoğan, 3. Afrika Ölkələri Dini Liderlər Zirvəsindən tərk edən zaman zalda Afrikalı bir siyasətçi onun anidən yaxınlaşaraq qucaqlayıb. Ona "Rəis" deyib. Bu an Ərdoğanın mühafizəçiləri tərəfindən Afrikalı qonağı Ərdoğandan kənarlaşdırıblar.
Baş verən hadisəyə isə prezident gülümsəyərək cavab verib.