"Çərçivə qoyulanda da özümüzü itirdik. Bizi bir az çərçivəyə saldılar, biz konkret qapandıq özümüzə. Yəni azı qəbul edə bilmədik. İndi efirə baxanda müğənnilərin əksəriyyətinin uzun ətəkdən istifadə etdiyinin şahidi oluram. Qolu uzun libaslar geyinirlər, az qalırlar ki, başlarını da bağlasınlar. Şəhərə çıxıb görürsən ki, sakinlər çox gözəl və müasir tendensiyalara uyğun geyinirlər. Bizim xanımlarımız açıq-saçıq geyinməyi sevirlər. Deyim ki, biz həmişə bağlı geyinən xanımlar olmuşuq, bu, düzgün çıxmaz. Bəs indi efirlərdə niyə bunları görürük? Biz azla kifayətlənə bilmirik. Ya çox qapanırıq, ya da çox açıq-saçıq geyinirik. Şəxsən mənim üçün səhvdir. Çünki mən orada səmimiyyət görmürəm".
Unikal.org xəbər verir ki, bu sözləri aparıcı, aktrisa və yazar Mələk Heydərovanın oxu.az-a bildirib.
O deyib ki, insan gözəldirsə, onu niyə gizlətməlidir? İndi çəkdirdiyim açıq-saçıq fotolar insanlar üçün qəribə gələ bilər:
"Amma 10 ildən sonra bu məzmunlu fotolar çox normal qəbul ediləcək. Mənim 40-50 yaşım olanda həmin fotolara baxıb özümdən zövq alacağam. Belə gözəl, cavan olmuşam. Çünki bir neçə ildən sonra mənim bu açıq-saçıq fotolarım bəzi şəkillərin və layihələrin qabağında sönük qalacaq.
Bütün ölkələrdə inkişaf gedir, ola bilməz ki, bu, Azərbaycana gəlməsin. Çünki Azərbaycan da bu dünyanın bir hissəsidir. Ola bilər ki, üç il sonra gəlsin, amma mütləq gəlib çıxacaq. Bizim sənətçilər də artıq səhnəyə çimərlik geyimində çıxırlar. Beelə şeylər daha da adiləşəcək. Belə olanda mən də deyəcəyəm ki, vaxtilə bunu etmişəm. 40 yaşından sonra bədənimin necə olacağını haradan bilim? Məqsədə gələndə, yayda ürəyim istəyən kimi şəkil çəkdirməmişdim. Fərqli bir fotosessiya etmək istədim.
Açıq-saçıq fotoları çəkməzdən bir həftə öncə evdə müəyyən söhbətlər getdi. Bir həftə anamı bişirəndən sonra saqqızını oğurlaya bildim. Şəkilləri çəkdirəndən sonra evdə anama göstərdim, normal qəbul etdi. Səmimi etiraf edim ki, atamla bu barədə danışmamışam. Hətta bu fotolar çıxandan sonra üç gün atamın gözünə görünmədim (gülür). Çünki bilmirdim necə reaksiya verəcək.
Bilmirəm, atam mənim açıq-saçıq yay fotolarımı görüb, ya yox. Atam sosial şəbəkələrdə yoxdur. Bəlkə, kimsə ona deyə bilər. Atam çox müasir insandır. Hər zaman mənə bütün işlərimdə dəstək olub. Ən pis hərəkət belə etsəm, hər zaman yanımda olub və dəstək çıxıb.
Düşünürəm ki, şəkillərimi görsə belə, xətrimə dəyməz. Atalar sözlə heç nəyi demir. Bir baxış bəsdir ki, onu anlayasan. Onun elə o baxışından qaçırdım."
Aktirisa deyib ki, özünü "şirin" xanım hesab edir; "Seksual isə arabir... Həmişə özümü seksual bir xanım hesab edə bilmirəm. Amma özümü şarmlı sayıram. Cəlbedici olduğumu hiss edirəm. Bilirəm ki, istənilən yerdə insanları xarici görünüşümlə cəlb edirəm. Bilmirəm, bu seksuallıqdır, cazibədarlıqdır, amma nəyəsə görə insanların diqqətini çəkirəm.
Hesab edirəm ki, bu kəlmə artıq Azərbaycanda istifadə olunmur. Belə şey artıq bizim ölkədə yoxdur. Olsa da, mənim rastıma çıxmayıb. Mən nə xoşbəxt bir qızam ki, ailəm müasir düşüncəlidir. Qohum-əqrəbam müasirdir.
On yengə düzəcəyəm yanıma. Neynirəm mən yengəni? Mənə çox gülməli gəlir yengə söhbətləri. Yengə istəyən kişinin mənim yanımda işi yoxdur. Elə bilsin ki, biz evlənməzdən öncə artıq boşandıq. Bəyin anası yengə istəsə, o zaman anasını göndərərəm psixoloq və ya psixiatrın yanına. Qoy, onu müayinə daha sonra müalicə etsinlər. Ondan sonra gələr, danışarıq. 30 yaşım var mənim, yengəyə ehtiyacım yoxdur."