Böyük Britaniyanın Baş Naziri Boris Conson Avropa İttifaqından Brexit prosesini 2020-ci il yanvarın 31-dək təxirə salınmasını xahiş edib.
Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, Boris Conson bununla bağlı Avropa İttifaqı Şurasının sədri Donald Tuska məktub ünvanlayıb. Məktubda qeyd olunur ki, əgər tərəflər həmin tarixədək Aİ-dən çıxmaq barədə sazişi ratifikasiya edə bilsələr, Brexit prosesi bundan əvvəl yekunlaşacaq.
Xatırladaq ki, oktyabrın 19-da Britaniya parlamentinin İcmalar palatası Brexitin başqa vaxta keçirilməsi haqqında düzəlişi qəbul edib və Baş nazirin üzərinə bununla bağlı Aİ-yə müraciət etmək öhdəliyi qoyub. Boris Conson isə öz növbəsində Brexitin təxirə salınması üçün Avropa İttifaqından xahiş etməyəcəyini bildirib. O, həmçinin deyib ki, ölkəni Aİ-dən oktyabrın 31-də çıxarmaq üçün hər şeyi edəcək.