Bilirsiniz, 120 saat müddət verdik. Ya rədd olub gedəcəklər, ya da layiq olduqları cəzanı alacaqlar.
Unikal.org xəbər verir ki, bu açıqlama ilə Türkiyə Böyük Millət Məclisinin keçmiş spikeri Binəli Yıldırım çıxış edib.
"Türkiyənin təhlükəsizliyini, əmin-amanlığını, qardaşlığını pozmağa çalışan separatçı alçaq terror təşkilatı 35 il ərzində İraqda başımızın bəlası olub, orada - Qəndildə uğur əldə edə bilmədikdə, bu səfər dost bildiyimiz müttəfiqlərimizi də yanına alaraq, Suriyada bir şər yuvası yaratmaq üçün hərəkətə keçdilər", - B.Yıldırım vurğulayıb.
Qeyd edək ki, 17 oktyabrda ABŞ-la Türkiyə arasında "Sülh çeşməsi" əməliyyatının 120 saatlıq dayandırılması barədə razılıq əldə edilib. ABŞ bu müddətdə təhlükəsizlik bölgəsindən YPG qüvvələrinin geri çəkilməsini öz üzərinə götürüb.