Kəşmir regionunda Hindistan-Pakistan təmas xəttində yenidən toqquşma baş verib.
Unikal.org-un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Hindistan polisi Pakistan sərhədçilərinin açdığı atəş nəticəsində iki əsgər və dinc sakinlərin öldüyünü açıqlayıb.
Rəsmi İslamabad isə 6 mülki şəxsin həyatını itirdiyini bəyan edib. Bununla bərabər, hər iki tərəfdən yaralılar var.
Qeyd edək ki, bu il avqustun 5-də Hindistan Kəşmirin nəzarətində olan hissəsinin xüsusi statusunu ləğv edib. İyulun sonunda isə Cammu və Kəşmirə əlavə 10 min hərbçi göndərilib. Pakistan avqustun 7-də Hindistanla diplomatik münasibətlərin səviyyəsini aşağı endirib.