Türkiyənin Suriya ilə sərhəddə yerləşən Şırnak şəhərinin 55 kəndinin məktəblərində tətil elan edilib.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Şırnak Valiliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə ordusunun Suriyada keçirdiyi "Sülh çeşməsi" əməliyyatına görə belə bir addım atılıb.
Qərarın sabahdan qüvvəyə minəcəyi vurğulanıb.