Azərbaycan Premyer Liqasında VIII turun son oyunu keçirilib.

Unikal.org xəbər verir ki,  "ASCO Arena"da "Səbail" "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. İlk topu 47-ci dəqiqədə Peyman Babayi vurub. Uzatma dəqiqələrində isə Elvin Cəfərquliyev yekun nöqtəni qoyub.

"Sumqayıt" bu qələbə sayəsində xallarını 10-a çatdırıb və "Zirə"ni geridə qoyaraq 5-ci pilləyə yüksəlib. 

"Gənclik şəhəri" təmsilçisi eyni xala malik "Səbail"dən yalnız şəxsi göstəricilərdə geri qalır.

Qeyd edək ki, turun ilk 3 oyununda "Qəbələ" "Qarabağ"la, "Keşlə" "Sabah"la heç-heçə edibsə, "Neftçi" "Zirə"yə böyük hesabla qalib gəlib - 3:0.