Futbol üzrə menecer Vanda Naranın  ərinə xəyanət etməsi mövzusu illər ötsə də hələ də gündəmdədir. 

Unikal.org
xarici  KİV-ə istinadən xəbər verir ki, bu günlərdə Argentinada yayımlanan "Club 947" adlı radioya açıqlamalar verən Maksi Lopes keçmiş həyat yoldaşı Vanda Naranın xəyanəti ilə bağlı danışıb. İtaliyanın "Krotone" klubunda çıxış edən 35 yaşlı futbolçu "Evliliyim pozuldu, amma yenə də ata oldum. İkardini bağışlamışam. Onunla heç bir problemim yoxdu" deyib. 

Daha sonra Lopesin bu açıqlamasını "Instagram"da bir səhifə səhifəsi paylaşıb. Futbolçu isə həmin paylaşıma "İkardini sadəcə bağışladım. Ona V..-nı məndən aldığı üçün təşəkkür edir" şərhini yazıb. 

Qeyd edək  ki,  qadın menecer həyat yoldaşına Maksi Lopesə Argentina millisi və "Sampdoriya" klubundakı komanda yoldaşı Mauro İkardi ilə xəyanət etməsindən illər ötsə də, bu məsələ hələ də müzakirə mövzusu olaraq qalır.  Vanda bu hadisədən sonra Lopesdən boşanaraq İkardi ilə evlənmişdi.