Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sigaretin haram olduğunu bildirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Siqaretdən imtina edək, Rizə çayı içək" adlı proqramda Ərdoğan siqaret çəkənlərə irad bildirib:
"Prezident olaraq sevdiyim şəxslərə də deyirəm ki, inanın siqaret haramdır. Dini İşlər nazirimiz də dedi ki, bu haramdır. Elektron siqaret istehsal etmək üçün bizdən icazə istədilər, vermədik, razılıq verən də deyilik. Elektron siqareti əsla ölkəmizə buraxan deyilik. Təhsil və idman müəssisələrində siqaret satışını qadağan etmişik. Gündə 20 min insan siqaretə görə həyatını itirir."