2021-ci ildə keçiriləcək klublararası dünya çempionatına (KDÇ) ev sahibliyi edəcək ölkə məlum olub.
Unikal.org xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Xəbərdə, Çinin 2021-ci ildə keçiriləcək mundiala ev sahibliyi etmək üçün tək namizəd olacağı bildirilir.
2019 və 2020-ci illərdə keçiriləcək klublararası dünya çempionatına Qətər ev sahibliyi edəcək. Hazırkı formata görə turnirdə 7 klub iştirak edəcək. Qətərdə təşkil olunacaq turnir 11-21 dekabr tarixlərində keçiriləcək.
2021-ci ildə keçiriləcək yarış isə yeni formatda olacaq. Belə ki, turnir çərçivəsində 24 komanda mübarizə aparacaq.