Sahibi olduğu TV8 kanalının canlı yayımına qonaq kimi qatılan Acun Ilıcalı biabır olub. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, verilişdə telefonunda bir video izlədərkən Şeyma Subaşından mesaj gəlib. Subaşının mesajında Ilıcalıya pulla bağlı sual verməsi diqqət çəkib. 

Acun Ilıcalı, canlı yayımda "O səs Türkiyə"nin pərdə arxasında baş verənlərdən danışarkən   Şeyma Subaşı ona belə bir mesaj yazıb: 
"Acun salam, nə zaman görüşə bilərik? Tarixləri danışmaq lazımdır. Miami Oteli və pulla bağlı biriylə danışacağam".
Canlı yayımda ortaya çıxan mesaj qısa müddətdə "Twitter"də trend oldu.