Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Unikal.org xəbər verir ki, oktyabrın 23-də qızılın qiyməti oktyabrın 22-i ilə müqayisədə 8,7465 manat artaraq 1 unsiya üçün 2532,6855 manat təşkil edib.
Gümüş 0,0358 manat ucuzlaşaraq 1 unsiya üçün 29,8255 manata bərabər olub.
Platinin qiyməti 7,3355 manat artaraq 1517,8195 manat, palladiumun qiyməti 20,893 manat azalaraq 2984,877 manat təşkil edib.