"Sizi görəndə türk mahnısı yadıma düşür - "Nədən saçların bəyazlamış, arkadaş?""
Unikal.org xəbər verir ki, bu sözləri Zaur Kamal aparıcısı olduğu proqramda saçlarına daha boya qoymayan ağ saçlı xalq artisti Səməd Səmədova müraciət edib.
Xalq artistinin etirafı Zauru təəccübləndirib:
"Ay Zaur, uca dağların da başı qar olar, bu birincisi. İkincisi də xalqımızın zövqü get-gedə yaxşı tərəfə dəyişir, müasirləşir. Keçmişdə toylara ağ saçla gedəndə deyirdilər "Bu qocanı kim dəvət edib". Amma indi mənlə şəkil çəkdirmək üçün növbəyə dayanırlar.
Qəti surətdə arvaddan qorxmayan kişi deyil. Arvad qəti surətdə qayıtdı ki, ya bundan sonra saçlarına boya vurmursan, ya da çıxıb gedirəm evdən".