"Kaş qayınanamla yaşayardım. İndi də bunu arzulayıram. 7 ildir ayrılmışıq. Qayınanam uzaqda qaldığı üçün birlikdə yaşaya bilmirik".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "5/5" verilişində deyib. Sənətçi qayınanasından söz açıb. O bildirib ki, qayınanasından ayrı yaşayır:
"Tez-tez telefonla danışırıq. Mənim üçün banka bağlayır. İstəmirəm, qıymıram. Şəkəri, təzyiqi var. Deyirəm, sən ayaqüstə dura bilirsən ki, banka bağlayasan?".