“Brent” markalı neftin bir barelinin qiyməti 62 dolları ötüb.
Unikal.org “TASS”a istinadən xəbər verir ki, bu, 2019-ci il sentyabrın 25-dən sonra ilk dəfədir qeydə alınıb.
Hərracların nəticələrinə görə, Şimal dənizində hasil olunan “Brent” markalı neft qarışığının bir barelinin dekabr fyuçersləri 0,54 faiz artaraq 62,05 dollara çatıb.
Sonuncu dəfə 25 sentyabr 2019-cu ildə neftin qiyməti 62 dollardan yuxarı olub.