Qubada dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Unikal.org apa -ya istinadən xəbər verir ki, hadisə rayonun İqrıq kəndində baş verib.
Kənd sakini, 2005-ci il təvəllüdlü Dilarə Manafova dəm qazından zəhərlənmə diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.İlkin tibbi yardımdan sonra o, ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.