Ötən il qızları Liyanı qucaqlarına alaraq valideyn xoşbəxtliyini yaşayan Tarkan və Pınar Tevetoğlu cütlüyü daha bir xəbərlə fanatlarını sevindirib.
Unikal.org xəbər verir ki, müğənni Tarkanın 2016-cı ildə evləndiyi Pınar Tevetoğlunun 2 aylıq hamilədir.
Bu barədə Kanal D-də yayımlanan "2-ci Sayfa" verilişində məlumat verilib. Qısa bir müddət əvvəl Bağdad küçəsində görüntülənən Pınar Tevetoğlunun həkim müayinəsinə getdiyi ortaya çıxıb. İkinci dəfə ata olmağa hazırlaşan Tarkan yeni evlənmə ərəfəsində jurnalistlərin sualına cavab verərkən "Bizim Pınar'la 3 uşağımız olacaq" demişdi. Meqastarın bu sözlərin mətbuatın gündəminə düşmüşdü.