Moskvadan İsrailin Netaniya şəhərinə qonaq gedən Rusiyanın əməkdar artisti Lidiya Velejeva ilə hava limanı işçiləri arasımda xoşaglməz anlar yaşanıb.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarənin gecikməsinə əsəbləşən sənətçi hirsini aeroport əməkdaşlarından çıxıb. İşçilər avtobusla təyyarə meydançasına gələn Lidiyadan oturmağı xahiş etsələr də, o etirazını bildirib. Lidiyanın təyyarədə də yüksəs səslə danışması digər sərnişinləri narahat etdiyindən, stüardessalar polis çağırmağa məcbur olublar və qadın təyyarədən endirilib.