"İnsanlar elə bilir ki, iki dəfə ailə qurmuşam. Böyük övladımın atası başqadır, kiçiyin başqa. Yanlışdır. Hər iki övladım eyni kişidəndir".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova "Ay Zaur" verilişində deyib. Şəxsi həyatından danışan sənətçi boşandığını etiraf edib:
"Yoldaşım məni toyda görüb bəyənib. Söz atdı, mən də qayıtdım ki, kirpi mənə söz atır. Xəyanəti, yalanı sevmirəm. Ayrılmağımıza səbəb xəyanət oldu. Dəfələrlə bağışladım, amma sonda yox. İki ildir subayam.
İnsanların artıq söz deməsindən çəkinirdim. Bizim sənət yaxşı qəbul olunmur. İstəmirsən kimsə, sənə yaxınlaşıb artıq söz deməsin. Düzgün bir ailə istədim, olmadı.
Xəyanət öyrənəndə sudurqa keçirdim. Özümü və övladlarımı fikirləşdim. Bir də elə şey görsəydim, ölə bilərdim. Hamı bilir ki, evdar xanım olmuşam. Niyə belə tale mənə qismət olmalı idi? Uşaqlar ataları ilə görüşür, amma heç bir maddi dəstək almıram. Özüm qazanıram və övladlarımı böyüdürəm.
Bir gün işıqforda dayanmışam, yanda bir maşın durub. Xanım oturub yoldaşımın yanında. Qadın dirəşib ki, yoldaşıma bax, Aynur Dadaşova. Heç nə demədim onlara, maşını sürüb başqa yolla getdim. Yoldaşımın ayaqlarını da yumuşam. Amma nə olsun... Yaxşı olmaq lazım deyildi".