Bir neçə gün əvvəl həbsdən çıxan müğənni Fədayə Laçın məclis təşkil edib.

Unikal.org xəbər verir ki, şəhər restoranlarından birində təşkil edilən qonaqlıqda sənətçinin yaxın dostları yer alıb.

Əvvəlcə sənətçinin bacısı İlahə Fəda çıxış edib və onları tək qoymayanlara təşəkkür bildirib.

Daha sonra Fədayə oğlu Əlhəmlə birlikdə qonaqları salamlayıb və ürək sözlərini deyib.

"Burada iştirak edən dostlarımız ən çətin günlərimizdə yanımızda olub. Mənim ömrümdə ən xoş günümdür. Bu gün də yanımızda olduğunuz üçün təşəkkür edirəm" deyə, Əlhəm bildirib. Övladının sözləri sənətçini kövrəldib.

Qeyd edək ki, F.Laçın 5 il azadlıqdan məhrum edilmişdi. Sənətçi 2 ildən sonra azadlığa buraxılıb.