2 il ərzində həbsxanada ən çox yuxuna kim girirdi?
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, bu sualla aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil"də azadlığa buraxıldıqdan sonra ilk efiri olan Fədayə Laçına müraciət edib.
Fədayə Laçın həbsxanada ən çox gördüyü yuxuları efirdə dilə gətirib:
"Təzə həbs olunanda ailəm tez-tez yuxuma girirdi. Həmişə də görürdüm nə isə olub - anam xəstələnib, anamın üstünə həkimlər gəlib və yaxud Əlhəmə nəsə olub. Tez xahiş edirdim telefona məni çıxardırdılar. Əlaqə saxlayırdım, deyirdilər ki, hər şey yaxşıdır, salamatçılıqdır. Amma dəfələrlə də olub ki, mən yuxuda görmüşəm, telefona çıxanda məndən gizlədirdilər. Bir neçə gün sonra əlaqə saxlayanda İlahə mənə deyirdi ki, sən necə də hiss edirsən. Məsələn, anam xəstələnmişdi. O yerə çatmışdı ki, üstünə təcili yardım gəlmişdi. Həttta mənim xalam da rəhmətə gedəndə mən Eldənizi (xalası oğlu) yuxuda gördüm. Heç vaxt xalam oğlu Eldəniz mənim yuxuma gəlməyib amma. Dedim Allah xeyir eləsin. Telefona çıxdım demədilər mənə. Sonra mənim yanıma gələndə İlahə o biri bacılarıma dedi ki, "Niyə gizlədək e. Fədayə, xalam rəhmətə gedib". Dedim, gördünüz, mən sizə dedim "Eldənizi yuxuda görmüşəm. Xalam nətəridir?" Belə olurdu yuxularım".