Son zamanlar paytaxtda moped sürənlərin sayı artıb.
Unikal.org xəbər verir ki, moped mühərriki 50 kub santimetrdən az olan, dövlət qeydiyyat nişansız nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitələrinin sürücüləri çox vaxt mopedlərinin cərimə meydançasına aparılmasından şikayətlənirlər. Yolun ortasıyla hərəkət edən moped sürücüləri qaydaları bilmədiyindən polis əməkdaşları ilə mübahisələrdə iştirak edib, özlərinə haqq qazandırmağa çalışırlar.
Mopedlər yalnız və yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.
Qeyd edək ki, moped sürücülərinə qadağandır:
Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunundan çıxarış: Maddə 46
- sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək
- mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və mopedi idarə etməyə mane olan yük aparmaq
- tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək
- sərnişin daşımaq