Türkiyəli müğənni Ebru Gündeş ötən gün İstanbulda dəbdəbəli hotellərin birində baş tutan toy məclisində oxuduğu mahnı ilə diqqətləri öz üzərinə çəkib.
Unikal.org xəbər verir ki, səhnədə hit və dillər əzbəri mahnılarını səsləndirən Ebru sözləri və musiqisi Məmmədbağır Bağırzadəyə məxsus məşhur "Olmaz-olmaz” bəstəsini ifa edib.
Qeyd edək ki, sözügedən mahnı E.Gündeş və digər türk sənətçiləri arasında tez-tez verilişlərdə ifa edilir.