Azərbaycanlı müğənni Vüqar Muradovun evindən 3500 manat oğurlanıb.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, oğurluğu onun evinə gələn usta edib:
“Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib.
Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşluğunla pulumu gətir qaytar. Mənimlə elə danışdı ki... Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən. Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur”.
Müğənni bildirib ki, aidiyyəti üzrə Binəqədi rayon 6-cı polis bölməsinə müraciət edib. "Polislər qısa zamanda oğrunu tapdılarr və pulu mənə qaytardılar. Başda general polkovnik Vilayət Eyvazov olmaqla bütün DİN rəhbərliyi və əməkdaşlarına təşəkkür edirəm."