Bakıda bəylə gəlin polislə jurnalistlərin arasında qalıb.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın mərkəzi hissəsində - Bakı Şəhər İcra Hakimiyyətinin binası yaxınlığında baş verib.

Fotosessiya etdirdikləri İçərişəhərdən çıxan bəy və gəlin Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısına təyin etdiyi razılaşdırılmamış aksiya ilə əlaqədar əraziyə toplaşan polislər və jurnalistlərlə qarşılaşıblar. Xeyli sayda jurnalist onları əhatəyə alIb. Polis çaşqınlığa uğrayan yeni evlilərin ərazini rahat tərk etməsi üçün şərait yaradıb.

Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) noyabrın 12-də paytaxtın mərkəzində təxminən 15 nəfərin qanunsuz hərəkətlərinin qarşısının alındığı barədə məlumat yayıb.