Rəqqasə Oksana Rəsulovanın prodüseri olduğu "Sevgi romanı" filminin tanıtım posteri yayımlanıb.
Unikal.org xəbər verir ki, sənətçi yenə də öpüşmə görüntüsü ilə gündəmə gəlib. Belə ki, filmdə həm də baş rolu ifa edən Oksana tərəf müqavili Şəhriyar Əbilovla öpüşüb.
Ekran işi yanvarda təqdim ediləcək. Hazırda isə filmin tizerləri yayımlanır.
Qeyd edək ki, Oksana keçmiş reper əri Elşad Xose ilə rol aldığı "Mələyin öpüşü" filmində də öpüşmə səhnəsi ilə səs-küy yaratmışdı.(Axşam.az)