Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 41 841 nəfər müraciət edib.

Unikal.org-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov vurğulayıb ki, namizədlərdən 27 249-u fərdi, 14 564-i siyasi partiyalar tərəfindən irəli sürülüb. Onlardan 22 529 nəfəri qeydə alınıb.

MSK sədri bildirib ki, müraciət edənlərin 70 faizi kişilər, 30 faizi qadınlardır.

M.Pənahov bildirib ki, Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün indiyə qədər 499 müşahidəçi qeydə alınıb. Müşahidəçilərin 72-si MSK, 427-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.