Çin nümayəndə heyəti Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında nəqliyyat üzrə işçi qrupunun yaradılması ilə əlaqədar ölkəmizə səfərə gəlib.
Unikal.org xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Çin Xalq Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamentinin Baş direktoru Xu Yahuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən yükdaşımalarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələləri müzakirə edilib.
Qeyd edək ki, adıçəkilən işçi qrupunun yaradılması ilə bağlı razılıq Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 2019-cu ilin 28 fevral tarixində Pekin şəhərində keçirilmiş yeddinci iclası zamanı əldə olunub.