Meksikalı model və fitnes məşçisi Alondra Vilyanseno evində ölü tapılıb.
Unikal.org xəbər verir ki, qızın meyidini anası aşkarlayıb. O, Alondranın başından güllənmiş halda tapıb. Gənc modelin qatili onu güllələməklə kifayətlənməyərək, bir neçə bıçaq zərbələri də endirib. Hadisə yerində narkotik maddələr də aşkarlanıb. Cinayəti kimin törətdiyi hələlik məlum deyil.