Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin son durumu açıqlanıb.

Səhiyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

Onların müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.