"Azərbaycanda son 14 ildə kişilərin həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı mənə iki dəfə müraciət olunub".
Unikal.org xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı ilk dəfə 85 yaşlı kişi şikayət edib: “Arvadın isə 82 yaşı vardı. Bizim psixoloqlar, mənə söhbət etdi. Bunların nəvə, nəticələri də var idi. Məlum oldu ki, kişi "alheymer" xəstəliyindən əziyyət çəkir və döyülmə halı olmayıb”.
Dövlət Komitəsinin sədri qeyd edib ki, ikinci faktla həbsxanada bir gözəl qadınla rastlaşan zaman tanış olub: “Mənə dedilər ki, həmin məhkum qadın həyat yoldaşının başını kəsib. Məlum oldu ki, həyat yoldaşı narkoman olub və bunu döyüb. Qadın elə bir vəziyyətə gəlib düşüb ki, həyat yoldaşı yatan zaman başını kəsib”.
"Azərbaycanda qadınlara qarşı çox cinayət işləri açılmır. Qadın yüksək vəzifədə qalsa da, ailəsinin xanımıdır. Biz həmçinin kişilərin də hüquqlarını müdafiə edirik”, - H.Hüseynova bildirib.