Azərbaycan Kooperasiya Universitetinin Keyfiyyətə Nəzarət Mərkəzinin nümayəndələri növbəti dəfə Litvada təlimdə iştirak edir.
Unikal.org xəbər verir ki, Avropa Komissiyası tərəfindən maliyələşən Erasmus+EQAC layihəsi çərçivəsində Litvanın paytaxtı Vilnüs şəhərində təşkil edilən təlimlərdə Azərbaycan Kooperasiya Universitetini Keyfiyyətə Nəzarət Mərkəzinin əmkadaşları Şəfa Abdullayeva və Xəyalə Hüseynova təmsil edir.
Təlimlərdə Avropalı təhsil ekspertləri ilə birlikdə Keyfiyyətin təminatı üçün istifadə olunan QPR Graphics Design və QPR Metrics proqram təminatları barədə müzakirələr aparılır. Hər universitet nümayəndələri təmsil etdikləri ali təhsil müəssisəsinin timsalında sözügedən proqram təminatının köməyi ilə iyerarxik strukturunu quraraq vəzifə təlimatlarını daxil edirlər.