Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Məsələ komitənin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. Parlamentin plenar iclası isə noyabrın 25-də keçiriləcək.

Qeyd edək ki, bu vəzifəyə 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı, Abıyeva Kəmalə Nəbi qızı, digər namizəd Kəmalə Əliyevanın namizədliyi irəli sürülüb. 

Xatırladaq ki, namizədlərdən biri Səbinə Əliyeva Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır. S.Əliyeva Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini vəzifəsində çalışır.