Sumqayıt şəhərinin 70 illiyi münasibətilə Belarusun Bobruysk şəhərində yerləşən "Bobruisk Integrated Printing House” mətbəəsində çap olunan poçt markası "Azərmarka” şirkəti tərəfindən dövriyyəyə buraxılıb.

Unikal.org xəbər verir ki, markanın üzərində Azərbaycan bayrağının, "Sülh göyərçini" və "Qağayı" abidələrinin təsviri verilib.

Rəsmi kataloq nömrəsi 1592 olan marka ofset çap üsulu ilə tabaşirli, yapışqanlı kağız, 105 qr/m² çəkidə hazırlanıb. Tirajı 10 000 ədəd olan markanın ölçüsü 37x52 mm-dir. 6 markadan ibarət olan vərəqinin ölçüsü isə 145x137 mm-dir. Hər markanın qiyməti 60 qəpikdir.

Markanın dizaynı Nəriman Məmmədzadəyə məxsusdur. Eyni zamanda bu markanın vurulduğu birinci gün zərflərindən də 300 ədəd buraxılıb.