Kolumbiyada polis bölməsinin yaxınlığında partlayıcı maddələrlə doldurulmuş yük maşını partladılıb.
Unikal.org-un xarici KIV-ə istinadən verdiyi məlumata görə, hadisə Santander-de-Kiliçao şəhərində baş verib. Partlayış nəticəsində 3 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.
Xəbərdə bildirilir ki, güclü partlayışdan yaxınlıqdakı binalar ziyan görüb.
Hazırda insidentin digər təfərrüatları barədə məlumat verilmir.