Türkiyənin 44 şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyatlar keçirilib.
Unikal.org xəbər verir ki, əməliyyatlar nəticəsində FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 124 nəfər saxlanılıb. Onlardan 80-i barədə həbs qərarı verilib.
Saxlanılan şəxslər arasında yüksək rütbəli zabitlərin də olduğu bildirilir. Hazırda araşdırma aparılır.