Bolqarıstanda arxeoloqlar eramızın V-VI əsrlərinə aid ictimai hamamlar aşkarlayıblar.

Unikal.org xəbər verir ki, bu, arxeoloqların Varnada ikinci belə tapıntısıdır. Bundan əvvəl onlar II əsrə aid Roma hamamlarını üzə çıxarıblar.

Varnanın indiki ərazisində Odessos yunan koloniyası mövcud olub. Yeni tapıntı Odessos bölgəsinə aid hamamların məhz II əsrdə, kiçik hamamların isə üç əsr sonra inşa olunduğunu sübut edir.