İraqda hökümət əleyhinə aksiyalarda bu günə qədər 300-dən çox insan həyatını itirib, 15 mindən çox insan yaralanıb.
Unikal.org xəbər verir ki, etirazçılar Zikar vilayətində valiliyin yeni binasına molotov kokteyli atıblar.
İşsizlik, korrupsiya, dövlət idarəçiliyindən narazılıq səbəbindən bir oktyabr tarixindən başlayan aksiyalar hələ də davam edir. Xüsusilə, paytaxt Bağdadın mərkəzi və cənub bölgələrində davam edən nümayişlər zamanı İranın ölkədəki təsirinə də reaksiyalar dilə gətirilir.
Aksiya fəalları ölkənin baş naziri Adil Əbdülmehdini etirazçıları öldürməkdə günahlandırırlar. Ölkənin cənubundakı neftlə zəngin Bəsrə şəhərində bu sabah etirazçılar təkərləri yandıraraq, neft sahələrini və Um Qasr limanına gedən yolları bağlayıblar
Hökümətin islahat paketlərindən razı qalmayan nümayişçilər baş nazir Adil Əbdülmehdinin təhlükəsizlik qüvvələrinə qarşı zorakılıq tətbiq etməyi əmr etdiyini bildirirlər. Onlar korrupsiyada ittiham etdikləri hökumətin istefasını tələb edirlər.