Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, kriminal aləmdə “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev Rusiyadan deportasiya olunub.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Moskvanın “Şeremetyevo” hava limanından Azərbaycana yola salınıb.
Məhərrəm Quliyev ötən ayın miqrasiya qanunlarını pozduğuna görə tutulmuşdu. Onun Rusiyada qeyri-qanuni yaşadığı məlum olub. Məhkəmə avtoritetin ölkədən kənara çıxarılmasına qərar verib.
Məhərrəm Quliyev ilk dəfə 2018-ci ilin yazında həbs olunub. O, tacirlərdən bir milyon rubl mənimsəməkdə ittiham olunurdu. O, 500 milyonluq mənzildə tutulub. Məhərrəm Quliyevə ev dustaqlığı verilsə də, restoranda dostlarıyla şənliyə qatılıb. Şənliklərdən sonra yoxa çıxıb və federal axtarışa verilib.