Latın Amerikasından İspaniyaya gələn sualtı  qayıqdan üç ton narkotik maddə ələ keçirilib. 

Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, İspaniya polisinin açıqlamasına görə, narkotik maddə ölkənin şimal qərbindəki Qalisiya bölgəsinə gələn sualtı qayıqdan tapılıb.

Qayıqdakı üç nəfərdən Ekvador vətəndaşı olan iki nəfər tutulub. İspaniya vətəndaşı olduğu bildirilən və polisdən qaçan şəxs isə axtarılır.

İspaniya rəsmiləri narkotikin sualtı qayıqla yola çıxmazdan əvvəl quruda və ya dənizdə yükləndiyini söyləyirlər.