Gürcüstanda birləşmiş müxalifət noyabrın 25-də paytaxt Tbilisidə yenidən aksiya keçirir.
Unikal.org xəbər verir ki, müxalifət liderlərinin iştirakı ilə Birinci Respublika Meydanından parlamentə qədər yürüş başlayıb. Parlamentin binası qarşısında da xeyli sayda adam toplaşıb. Yürüş iştirakçıları da bir azdan onlara qoşulacaqlar.
Artıq Rustaveli prospekti bağlanıb. Müxalifət nümayəndələri və ictimai fəallar 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsini tələb edirlər. Mitinq-yürüşün təşkilatçıları parlamentə girişləri bağlayacaqlarını və deputatların noyabrın 26-da keçiriləcək iclasda iştirakına imkan verməyəcəklərini bildiriblər.
Parlament binasının ətrafına çoxlu sayda polis əməkdaşı cəlb olunub.