Bir müddət əvvəl həbsdən çıxan müğənni Fədayə Laçın qalmaqal yaşadığı duet ortağı Tacir Şahmalıoğlu ilə yenidən bir araya gəlib.

Unikal.org xəbər verir ki, onlar ötən gün birlikdə toy məclisinə qatılan ifaçılar duet səsləndiriblər.

Həmin görüntüləri Tacir İnstaqram səhifəsində paylaşaraq "Kim nə deyir-yazır, fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda nömrə 1 duet ortağı olmuşuq. Dünənki məclisimizdə də gözəl bir duetimiz alındı" sözlərini yazıb.

Qeyd edək ki, Fədayə həbsdə olan müddətdə bacısı İlahə Fəda Tacirlə qalmaqal yaşamışdı. O, bacısının Şahmalıoğlu ilə bir daha bir araya gəlməsinə icazə verməyəcəyini demişdi. Fədayə isə saytımıza açıqlamasında bildirib ki, Tacirlə məclislərə getsə də, duet yazdırmayacaq.