Rusiyada fermerlərlər inəklərin süd miqdarını və keyfiyyətini artırmaq üçün texnologiyadan faydalanıblar.
Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva yaxınlıqdaşı bir fermada inəklərə virtual reallıq eynəkləri (VR) taxılıb. Həmin VR eynəklərində inəklərə yay günü çəkilən qazonun simulyasiyası göstərilir.
Aparılan testlər nəticəsində məlum olub ki, VR gözlüyü taxılan inəklərdə narahatlıq nisbəti daha azdır. Fermerlərin bildirdiyinə görə, bu hal sürüyə də müsbət təsir edib.
Ferma sahibləri, virtual reallıq eynəkləri sayəsində inəklərin həm süd miqdarının artdığını, həm də daha keyfiyyətli süd verməyə başladıqlarını vurğulayıb.